Xəbərlər

Cinsi yolla keçən infeksiyalar

Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir.

CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:

  • cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
  • çox tez-tez və ağrılı sidik ifrazı;
  • cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
  • cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;
  • bədəndə səpgilərin əmələ gəlməsi;
  • cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
  • limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
  • qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması; 
  • qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər.

  • cinsi akt zamanı;
  • qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;
  • xəstənin qanı ilə kontaktda olduqda;
  • tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Androloq Dr. Vüsal Bədəlov Avrasiya Klinikasında kişiləri narahat edən cinsi problemlərin müayinə və müvafiq müalicəsini həyata keçirir.

AVRASİYA KLİNİKASI