Xəbərlər

Kişi sonsuzluğunun səbəbləri

Kişilərdə sonsuzluq cinsiyyət sisteminə mənfi təsir edən müxtəlif patoloji proseslər nəticəsində yaranır. Kişi sonsuzluğunun əsas səbəbləri aşağıdakılardır:

  • Sidik - cinsiyyət orqanlarının iltihabi xəstəlikləri (uretrit, prostatit və s.) 
  • Cinsi yolla ötürülən xəstəlikləri (süzənək, xlamidioz, trixomoniaz və s.)
  • Cinsi (seksual) pozulmalar (impotensiya, vaxtından əvvəl spermanın boşalması və s.)
  • Varikosele (toxum ciyəsi venalarının genişlənməsi) ;
  • Spermatogenezin azalmasına gətirib çıxaran hormonal pozulmalar ;
  • Kriptorxizm (xayaların xaya torbasına düşməməsi) ;
  • Xaya torbası orqanlarının travması ;
  • Cərrahi müdaxilələr : qasıq yırtığı, xaya qabıqlarının hidropsu, sidik kisəsində, onurğa sütununda aparılan əməliyyatlar və s. ;
  • Xayalarda iltihabi proseslə ağırlaşmış yoluxucu parotit (xanazır) ;
  • İmmunoloji sonsuzluq ve s.

Androloq Dr. Vüsal Bədəlov Avrasiya Klinikasında kişiləri narahat edən cinsi problemlərin müayinə və müvafiq müalicəsini həyata keçirir.

AVRASİYA KLİNİKASI