Xəbərlər
Hepatit B
Hepatit B virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhvi ilə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidalanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər.
Risk daşıyan qruplar
Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır:
• Səhiyyə personalı,
• Çox sayda qan köçürmə edilən xəstələr
• Hemofil və hemodiyaliz xəstələr
• Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar
• Homoseksual və biseksual kişilər
• Damar daxili narkotik istifadə edənlər
• Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi,yurd və həbsxana kimi yerlərdə yaşa- yanlar
• HBsAg müsbət olan anadan doğulan körpələr