Xəbərlər

Xoş əhval-ruhiyyə ilə günə başlamaq

Səhər oyansanız da, yataqdan qalxmaq əsl problemə çevrilir. Bütünü günün elə o yataqda keçsin istəyərsiniz, çünki canınızda uzun müddətin yorğunluğu, həvəssizliyi var. Bəs nə edə bilərsiniz? Hər səhər gümrah və xoş əhval-ruhiyyə ilə necə oyana bilərsiniz?

Aşağıdakılara əməl etməklə halsızlıq, yorğunluq, ən əsası isə yuxudan gec qalxma problemindən azad ola bilərsiniz.

  • Hər gün eyni saatda yuxudan qalxın
  • Bilirik, həftə sonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir! Amma iradənizdən istifadə edib, həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına kömək olarsınız. Bu rejimə alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan qalxmağa meyilli olacaq.
  • Saatı təxirə salmaqdan imtina edin
  • Bunu etməyən varmı, görəsən? Səhər zəng çalanda yuxudan qalxmaq əvəzinə onu 5 dəqiqə, sonra daha bir 5 dəqiqə təxirə salıb qısa, şirin səhər yuxusunun həzzini almağa çalışırıq. Amma araşdırmalara görə, bu təxirə salmalar zamanı qısa yuxular dərin olmadığı üçün bizi yorğunluqdan başqa bir şey vermir. Buna görə də saat bir dəfə çalan kimi qətiyyətli olmaq və oyanmaq lazımdır.
  • Xoş musiqi ilə oyanmağa çalışın
  • Saatınızın səhər narahat bir tonla çalmağındansa, günə xoş musuqi ilə başlamağınız daha zövqlü olar. Eyni zamanda saatın narahat səsi ilə oyanmaq günə ürək döyüntüsü ilə başlamağa səbəb olurmuş. Odur ki, günə enerjili mahnı ilə başlamaq çox xoş olacaq.

SABAHINIZ XEYİR!!!

AVRASİYA KLİNİKASI

  • Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
  • Tel/Faks: (+99412) 563 00 24, 563 00 25
  • Mob: (+99455) 200 52 43 
  • Email: info@avrasiya.az
  • Facebook: www.fb.com/avrasiya.az
  • Instagram: @avrasiya_klinikasi