Xəbərlər
Şəkərli diabet
Şəkərli diabet – endokrin sisteminin xroniki xəstəliyi olub, qanda şəkərin səviyyəsinin xroniki olaraq yüksəlməsi ilə muşayiət olunur.
Xəstəlik orqanizmdə (mədəaltı vəzidə) insulin istehsalının azalması və ya orqanizmdəki hüceyrələrin insulinə olan həssaslığının azalması nəticəsində inkişaf edir.Şəkərli diabetin iki forması vardır: 1-ci tip (insulin asılılıqlı) və 2-ci tip (insulin asılılığı olmayan).
1-ci tip - insulin asılılıqlı şəkərli diabet zamanı mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin 90%-i bu və ya digər səbəbdən dağılmış olur. Beləliklə, şəkərli diabetin 1-ci tipində mədəaltı vəzi ya xeyli dərəcədə az insulin istehsal edir, ya da ümumiyyətlə, insulin ifraz etmir. Şəkərli diabetin 1-ci tipi ilə xəstə olanların əksəriyyətində xəstəliyin başlanğıcı adətən 30 yaşınadək olan dövrə təsadüf edir.
Şəkərli diabetin 2-ci tipində (insulin asılılığı olmayan şəkərli diabet) mədəaltı vəzi insulin hazırlamaqda - bəzən isə hətta lazım olduğundan da artıq olmaqla davam edir. Ancaq bu zaman qlükoza orqanizmdəki hüceyrələrə daxil ola bilmir. Bunun səbəbi isə odur ki, orqanizmin hüceyrələri insulinin təsirinə, demək olar ki, heç bir reaksiya vermirlər. Bunun nəticəsində insulinin artıq dərəcədə olmasına baxmayaraq, hüceyrələrə kifayət qədər qlükoza daxil ola bilmir. Şəkərli diabetin 2-ci tipi əsasən 30 yaşından sonra inkişaf etməyə başlayır.
Şəkərli diabetin inkişaf etməsinin risk faktorları:
- Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv edən virus infeksiyaları.
- İrsi faktor.
- Piylənmə
- Stres.
- Xroniki pankreatit
- Müxtəlif xroniki xəstəliklərin uzun müddət davam edən streslər, keyfiyyətsiz və düzgün olmayan qidalanma, həddindən artıq fiziki gərginlik və s. səbəblərdən immunitetin zəifləməsi;
- Eyni zamanda bir neçə risk faktorunun olması şəkərli diabet xəstəliyinin inkişaf riskini xeyli artırır.
AVRASİYA KLİNİKASI
- Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
- Tel/Faks: (+99412) 563 00 24, 563 00 25
- Mob: (+99455) 200 52 43
- Email: info@avrasiya.az
- Facebook: www.fb.com/avrasiya.az
- Instagram: @avrasiya_klinikasi
- #avrasiyaklinikasi