Xəbərlər

Endokrinologiya

Endokrin sistemi daxili sekresiya vəzilərindən ibarət bir sistemdir.

Daxili sekresiya vəziləri hormon sintez və ifraz edən organlardır. Hormonlar orqanizmimizdə müxtəlif fəaliyyətləri idarə edirlər. Hormonların fərqli tipləri, artım, metabolizm, böyümə və inkişafı kontrol edirlər. Hormonlar həmçinin orqanizmimizin müxtəlif fəaliyyətləri üçün lazımlı, uyğun miqdarda enerjini təmin etməkdə kömək edir.

Endokrin sistemi əmələ gətirən daxili sekresiya vəziləri bunlardır: hipotalamus, tiroid (qalxanvari vəz), paratiroid, pankreas (mədəaltı vəz), cinsiyyət vəziləri (qadında yumurtalıqlar, kişidə testislər), böyrəküstü vəz, yağ toxuması, endotel (damar iç divarını örtən hüceyrələr).

Endokrin sistemi xəstəlikləri ilə məşğul olan həkim Endokrinoloq adlanır. Endokrinoloqlar sekresiya vəzilərinə təsir edən xəstəliklərin diaqnozunu qoyur. Endokrin sistemlə əlaqəli bir probleminiz olduqda həkiminiz ilk öncə sizi bir endokrinoloqa yönləndirməlidir.

Endokrinoloqlar hormon pozğunluğu və problemlərinə diaqnoz qoyur və müalicə edirlər. Bir çox xəstəliklərlə məşğul olurlar:

  • diabet (şəkərli diyabet,şəkərsiz diyabet)
  • tiroid xəstəlikləri
  • metabolik pozğunluqlar
  • hormonların çox vəya az sekresiyası
  • menopauza
  • osteoporoz
  • hipertoniya
  • yağ metabolizmasıyla əlaqəli xəstəliklər
  • sonsuzluq
  • böyümə geriliyi (boy qısalığı)
  • sekresiya vəzilərinin xərçəngi (şişləri)
  • artıq çəki