Xəbərlər
Andrologiya
Andrologiya sahəsi ümumilikdə, urologiya, venerologiya, endokrinologiya, plastik cərrahiyyə, damar cərrahiyyəsi, mikrocərrahiyyə kimi ixtisaslarla sıx əlaqəlidir. Beləliklə androloq hər bir şəxsə fərdi yanaşmaqla onun həyat tərzini, məişət şəraitini, fiziki və psixoemosional vəziyyətini, keçirdiyi və yanaşı gedən xəstəlikləri, anadangəlmə və irsi keçən qüsurları bilməli və nəzərə almalıdır.
Androloqlar, sidik axarının, prostat vəzinin, toxum kisəciklərinin, xayalıq və onun orqanlarının, cinsiyyət üzvünün iltihabi xəstəlikləri və travmalarının, xarici cinsiyyət orqanlarının, prostat vəzi və toxum kisəcikləri törəmələrinin, kişi cinsi orqanlarının konqestiv xəstəliklərinin və ereksiya pozulmasının konservativ müalicəsi, cinsi inkişafdan qalma səbəblərinin və hipoqonadizmin, kişi klimaksının tədqiqatını və müalicəsini həyata keçirirlər. Onlar yalnız xəstəliklərin müalicəsi ilə deyil, eyni zamanda sağlam insanlarda cinsi funksiyanın korreksiyası ilə məşğul olur.
Androloji problemlər sırasında sonsuzluq və cinsi funksiyanın pozulması xüsusi yer tutur. Cinsi orqanların inkişafının anadangəlmə, genetik qüsurlarından-kriptorxizm (xayanın xayalığa düşməməsi), fimoz, hipo və epispadiya (Sidik kanalının xarici dəliyi penisin ucunda deyil, cismində və hətta kökündə açılır.) andrologiya bölməsinə aiddir. Androloji xəstəliklər tez tez boşanmalara, doğumun azalmasına və əhalinin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Androloq Dr. Vüsal Bədəlov Avrasiya Klinikasında kişiləri narahat edən cinsi problemlərin müayinə və müvafiq müalicəsini həyata keçirir.