Xəbərlər
Exokardioqrafiya(ExoKQ)
Exokardioqrafiya(ExoKQ) kardiovaskulyar anatomik strukturların ultrasəs müayinəsidir. Bu metod miokardın quruluşu, funksional vəziyyəti, ürəyin klapan apparatı, maqistral damarları, perikard vərəqələrini qiymətləndirməyə əsas verir. Müasir dövrdə rutin müayinə metodu olaraq , bir sıra kardioloji xəstəliklərdə (ürək qüsurları, kardiomiopatiyalar) əsas instrumental diaqnostik metoddur.
- ExoKQ hansı sidromları öyrənməyə imkan verir: - Sol və sağ mədəciklərin miokardının hipertrofiyarasını:
- Ürək kameralarının dilatasiyası(qulaqcıq və mədəciklərin)
- Qapaq zədələnmələrini(çatışmazləıq və ya stenoz)
- Anadangəlmə ürək qüsurlarının diaqnostikası
- Qulaqcıq və mədəcikarası çəpərlərin defektlərini
- Ürəyin sistolik və diastolik funksiyalarını
- Seqmentar divar hərəkəti pozğunluqlarını(hipokinez ,akinez,diskinez)
- Perikard boşluğunda mayenin olmasını
- Papilyar əzələlərin zədələnməsini
- Aortanın genişlənməsini
- Ağ ciyər arteriyasının hipertenziyasını