Xəbərlər
Böyrək daşı nədir?
Böyrək daşı, tibbdə "nephrolithiasis" və ya "urolithiasis" olaraq bilinən, böyrəklərdə yığılan sərt maddələrə verilən addır. Böyrək daşları müxtəlif maddələrin, duzların toplanıb böyrəkdə çökməsi nəticəsində əmələ gələn bir xəstəlikdir. Normal halda böyrəklərdə bu çöküntülərin qarşısını alan maddələr var, amma bəzi hallarda bu qoruyucu mexanizm təsirini itirir. Bu xəstəlik ən çox rast gəlinən böyrək problemlərindəndir.
Əksər hallarda kişilərdə rast gəlinsə də, bəzi növ daşlar daha çox qadınlarda rast gəlinir.
Böyrək daşları bir çox səbəblərdən əmələ gələ bilir:
- İrsi-genetik
- Çox miqdarda duz qəbulu
- Adinamiya (hərəkətsizlik)
- Az maye qəbulu
- Hipertoniya (yüksək təzyiq)
- Bədən çəkisinin çox olması
- Böyrək və sidik yolları infeksiyaları və s.