Xəbərlər

Prosedur necə aparilir?

Xüsusi olaraq,xəstəni hazırlamadan çox qısa müddətdə müayinə aparılır. Pasient USM müayinədəki kimi uzanır və 5-15 dəq.müddətində heç bir ağrı olmadan, zədəsiz elastimetriya təyin edilir.
Qaraciyərin xroniki diffuz patologiyalarının diaqnostikası və müalicəsi müasir hepatologiyanın ən vacib problemlərindəndir. Bu xəstəliklərin proqresivləşməsinin əsas yolu fibrozlaşmanın etapla artması nəticəsində sirrozun inkişaf etməsi ilə müəyyən edilir. Fibrozun erkən diaqnostikası zamanında müalicənin aparılmasına və proqresivləşmənin qarşısının alınmasına zəmin yaradır.

Bu müayinə yalnız viruslu hepatitə yoluxan pasientlərə deyil,eyni zamanda alkaqol hepatitlərdə,diabetli xəstələrə,artıq çəkidən əziyyət çəkən insanlara,uzun müddətli dərman qəbul edən və autoimmun problemi olan xəstələrə də mütləq şəkildə təyin edilməlidir.

Bugün artıq bu müayinə şəhərimizdə də uğurla həyata keçirilir.