Xəbərlər

MRT

Maqnit rezonans tomoqrafiya (MRT) - bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlarını müayinə etməyə imkan verir. Maqnit Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompyuter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. 

Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın və diaqnostik cəhətdən əlverişli sayılır.