Xəbərlər
Ginekologiya
Ginekologiya - kliniki təbabətin qadın orqanizminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, qadın cinsiyyət sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir.
Qadın sağlamlığı problemlərilə həkim ginekoloq məşğul olur. Yalnız həkim ginekoloq ginekoloji xəstəliklərin düzgün diaqnostikasını apara və müvafiq müalicə təyin edə bilər. Bundan əlavə, yalnız həkim ginekoloq qadına ailənin planlaşdırılmasında və kontrasepsiyanın seçilməsində kömək edir. Ginekologiya təkcə reproduktiv sistemin xəstəliklərinin müalicəsilə deyil, qadının hərtərəfli sağlamlığı ilə məşğul olur.
Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur.
Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.