Xəbərlər
Bunları qida rasionunuza daxil edin
Ürək-damar xəstəliklərinin qarşısını almaq istəyirsinizsə bu məhsulları öz rasionunuza daxil edin:
Zeytun - təzyiqi, xolesterol miqdarını aşağı salmağa, soyuqlamanı aradan qaldırmağa, trombların əmələ gəlməsinin qarşısını almağa kömək edir.
Yaşıl meyvə və tərəvəzlər - qan təzyiqini tənzimləyir, tərkibindəki vitamin və mineral birləşmələri isə diabetdən mühafizə edir, şah damarların divarlarını qoruyur.
Soya - tərkibində vitaminlər, protein, minerallar olduğundan sizi infarktdan və insultdan qoruyur.
Çərəz doymamış yağlarla, zülal, E vitamini, kalium, maqneziumla zəngindir.
Qızıl balıq, tuna, skumbriya da trombların yaranmasına imkan vermir.
Dənli bitkilər - insultun əlamətlərindən xilas edir, qan şəkəri ilə mübarizə aparır. Nəticədə damarlar öz vəzifəsini daha yaxşı yerinə yetirir və orqanizmdə iltihablaşma olmur.