Xəbərlər

Bel yırtığı

Bel yırtığı, beldəki fəqərələr arasında yerləşən və bir növ amortizator funksiyasını yerinə yetirən diskin degenerativ dəyişikliyi nəticəsində meydana gəlir. Fəqərəarası diskin elastik quruluşa malik olması onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvənin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir. 

Bel yırtığının ələmətləri nələrdir?

Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar, ayaqlarda uyuşmalar, hərəkət məhdudluğu ,yeriyən və oturan zaman ağrıların olması bel yırtığının ələmətləridir. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.