Xəbərlər

Oftalmoloji diaqnostika

Avrasiya klinikasının oftalmoloji kabinetində göz xəstəliklərinin diaqnostikası üçün bir sıra metodlar tətbiq edilir:

• Refraktometriya (görmə itiliyinin təyini), eynək, kontakt linzaların seçilməsi
• Keratometriya (buynuz qişanın vəziyyətinin qiymətləndirilməsi)
• Biomikroskopiya (Gözün buynuz, qüzehli və tor qişasının, konyuktivanın xüsusi mikroskop vasitəsilə müayinəsi)
• Göz dibinin müayinəsi (oftalmoskopiya)
• Göz daxili təzyiqin ölçülməsi (tonometriya)
• Görmə sahəsinin təyini
• Gözün selikli qişasından götürülmüş yaxmanın əkilməsi və antibiotiklərə həssaslığının təyin edilməsi.
• Göz yaşı kanalının yuyulması

Görmə aparatının bir sıra xəstəliklərinin diaqnostika və müalicəsi aparılır:

• Göz qapaqlarının xəstəlikləri (göz qapaqlarının kəskin və xroniki infeksion xəstəlikləri, blefaritlər, xalazion və s.)
• Gözün selikli qişasının – konyuktivanın bakterial, virus mənşəli və ya allergik ltihabı və s.
• Göz yaşı vəzisinin, göz yaşı kisəsinin və kanalının xəstəlikləri
• Buynuz qişanın (keratit), büllurun (katarakta), damarlı qişanın (irit, iridosiklit, uveit və s.) xəstəlikləri
• Torlu qişanın və görmə sinirinin xəstəlikləri
• Qlaukoma, oftalmohipertenziya və hipotenziya və s.