Xəbərlər

Öd daşı xəstəliyi

Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur. Öd kisəsində daşların əmələ gəlməsi uzun müddətli durğunluq zamanı ödün sıx hissəciklərinin çökməsi nəticəsində baş verir. Bu daşlar öd kisəsinin normal fəaliyyət göstərməsinə mane olur.

Öd daşı xəstəliyinin əlamətləri aşağıdakılardır:

  • sağ qabırğaaltı nahiyədə ağırlıq hissiyyatı;
  • ağızda aclıq hissiyyatı;
  • meteorizm, ürəkbulanma;
  • üşütmə, temperaturun bir qədər yüksəlməsi;
  • doyunca yedikdən, yağlı, qızardılmış qida, alkoqol qəbulundan sonra gəyirmənin olması;
  • sarılıq (daş ümumi öd yolunu tutduqda) və nəcisin gil rəngində olması.