Xəbərlər
Ürəyin işemik xəstəlikləri
Ürəyin işemik xəstəlikləri - qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Stenokardiya və yaxud döş anginası tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir. Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir. Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur; çox vaxt fiziki və psixi gərginlikdən sonra başlanır. Ağrı adətən orta şiddətli, az hallarda isə güclü olur. Xəstəliyin əvvəllərində tutmalar az-az, sonra isə hər gün olur. Belə hallarda xəstəyə fiziki və psixi rahatlıq yaratmaq lazımdır.
Miokard infarktı - tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur. Adətən, miokard infarktına tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. səbəb olur. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksərən 40-60 yaşlı, insanlarda baş verir.