Xəbərlər
Miqren nədir?
Miqren tez-tez rast gəlinən ürək bulanma, qusma ilə müşahidə olunan, işığın və səsin təsirindən güclənən uzunmüddətli baş ağrısıdır. Həmçinin miqren nevroloji xəstəlikdir. Miqren ağrıları saatlar və ya günlərlə davam edir. Miqren zamanı baş ağrılarının səbəbi qan damarlarının ətrafındakı sinir liflərinin kimyəvi preparatların təsiri, qan damarlarının genişlənməsi nəticəsində sıxılmasıdır. Bu xəstəlik əsasən qadınlarda geniş yayılıb.
Miqren baş ağrısı ürəkbulanma, diareya, işığa, səsə həssaslıq, qan dövranının zəifləməsinə səbəb olur. Miqrendən əziyyət çəkənlər baş ağrılarının səbəbini müxtəlif faktorla əlaqələndirirlər. Miqrenin simptomları baş ağrısından bir müddət əvvəl, dərhal baş ağrısına keçən vaxt, baş ağrısı ilə eyni zamanda və baş ağrısından sonra əmələ gələ bilər.Tək və ya ikitərəfli baş ağrıları müşahidə olunan miqren, xüsusilə 25-45 yaşlı insanlar arasında qeydə alınır.