Xəbərlər

Adenoidlərin inkişafı

Uşaqlarda adenoidlər bir neçə mərhələ üzrə inkişaf edir. İlkin mərhələdə uşaq yatarkən çətin nəfəs alır, bu vaxt badamcıqlara qan axını gücləndiyindən onlar böyüyür və havanın burun boşluğundan keçməsinə mane olur. Beləliklə, uşaq xoruldayır, yatan zaman nəfəs almasında çətinlik yaranır, yuxusu pozulur. Adenoidlər böyüdükcə burunla sərbəst nəfəs almaq mümkün olmur, ona görə uşaq ağızla nəfəs alır.

Əgər adenoidlər vaxtında müalicə olunmasa, qriplə yanaşı, bir çox fəsadlar baş verə bilər: 

  • Haymorit, eşitmə boruları dəliklərinin adenoidlərlə tutulmasından otitlər yarana və eşitmə səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər.
  • Uşaq ağızla nəfəs aldığından orqanizmə nisbətən az oksigen daxil olur. Nəticədə psixi inkişafda ləngimələr baş verir, onlar diqqətsiz olur, tez yorulurlar. 
  • Düzgün nəfəs alınmadığından, üzün formasında dəyişiklik yaranır, dişlər yerinə düzgün oturmur. Valideynlər diş əyrilikləri üçün Ortodontlara müraciət edirlər. Amma bu problemin ilkin səbəbi məhz nəfəsalmada olan problemdir. Bu fəsadlardan qorunmaq üçün vaxtında Lor həkimə müraciət etmək lazımdır.