Xəbərlər
Qrip
Qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi.
Qripin təsiri zökəmə nisbətən daha ağır və daha uzunmüddətli olur. İnsanların çoxu qripə yoluxduqdan bir və ya iki həftə sonra sağalırlar, lakin bəzilərində qrip həyat üçün təhlükəli olan başqa xəstəliklərə yol açır.
Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk simptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 °C kimi qalxır. Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə, xüsusilə ayaqlarda və beldə kəskin ağrılar keçirirlər.
Qripin əsasən aşağıdakı simptomları olur:
- Qızdırma və titrəmə
- Öskürək
- Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları)
- Halsızlıq
- Gözlərin yaşarması
- Gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması