Xəbərlər

Sistit

Sistit sidik kisəsinin iltihabıdır, daha çox qadınlarda rast gəlinir. Sidik yolları və yumurtalıq sistemində ən çox görülən xəstəliklərdən biridir.Uşaqlığın ilk dövründə və sonra xarici cinsi orqan infeksiyaları (uşaqlıq yolu və vulva iltihablanması) nəticəsində kəskin sistit və ya piyelonefrit inkişaf edə bilər.

Əlamətləri:

  • Dizuriya Sidik ifrazı zamanı yanma, qaşınma hissi
  • Pollakuriya tez tez və az sidik ifrazı
  • Teztez sidik ifraz etmə hissi
  • Tam boşalmama hissi
  • Bulanıq, pis iyli sidik ifrazı
  • Disparoniya Cinsi əlaqə zamanı ağrı hissinin olması
  • Hematuriya sidikdə qan olması
  • Qasıq və göbək altı bölgədə ağrı
  • Temperatur
  • Tərləmə
  • Yorğunluq
  • Qusma və ürəkbulanma