Xəbərlər
İnsulin nədir?
İnsulin hormonu mədəaltı vəzin hormonudur. Bu hormonun çatışmazlığı orqanizmdə şəkərli diabet xəstəliyinin meydana çıxmasına səbəb olur.
İnsulin karbohidrat, lipid, zülal, su və elektrolid mübadiləsində iştirak edir. Buna görə də insulini maddələr mübadiləsinin universal tənzimləyicisi adlandırırlar. İnsulin qlükoliz prosesini və metobolizmin aralıq məhsullarının oksidlşməsinin sürətlənməsində iştirak edir.
İnsulinin orqanizmə təsirinin ən aydın müşahidə edilən əlamətlərindən biri hipoqlikemiyadır. Bu hormon əzələ toxumasında, piy depolarında, qaraciyərdə və başqa toxumalarda qlikoliz prosesini stimulyasiya etməklə qanda şəkərin azalmasına səbəb olur.İnsulin əzələ və piy toxumalarında qlükozanın sərf edilmə sürətinə təsir edir. Onun çatışmazlığı endokrin sistemin geniş yayılmış xəstəliklərindən olan şəkərli diabetik əmələ gəlməsinə səbəb olur.