Xəbərlər
Rektosele
Qadınlarda düz bağırsağın uşaqlıq yoluna doğru qabarması Rektosele adlanır.
Yaşlı qadınlarda daha çox rast gəlinir və bu əlamətlərlə özünü biruzə verir:
- Böyük bayıra gedən zaman gücənmələr
- Bağırsağın tam boşalmaması hissiyyatı
Qadınlarda uşaqlıq yolu ilə düz bağırsağın arasında sərt təbəqə yerləşir. Uzun müddətli qəbizlikdən, doğuşdan, ginekoloji problemlərdən, ağırlıq qaldırmadan, davamlı öskürəklə müşahidə olunan xroniki bronxitdən sonra bu təbəqə zəifləyir nəticədə rektosele yaranır.
Müalicəsində konservativ metodlardan istifadə olunur. Effekt müşahidə edilmədikdə, cərrahi əməliyyat tələb olunur.