Xəbərlər

Psixoloji impotensiya

Kişilərdə psixogen mənşəli erektil disfunksiya yəni impotensiya-streslər, həyatı problemlər, əsəbilik, qorxu, depressiya, kişinin özündən narazılığı nəticəsində yarana bilər. 40 yaşa qədər kişilərdə cinsi zəiflik daha çox psixoloji faktorlarla əlaqədər olur. Psixoloji cinsi zəifliyi başqa növ cinsi zəifliklərdən necə ayırmaq olar.

  • Psixogen mənşəli erektil disfunksiya adətən birdən birə baş verir.
  • Psixi travma və ya əks cinsin nümayəndəsi ilə anlaşa bilməmək nəticəsində əmələ gələ bilər.
  • Səhər ereksiyaları saxlanılır.
  • Situasiyadan və tərəf müqabilindən asılı olaraq cinsi fəaliyyət dəyişir-gah qənaətbəxş,gah da zəif olur.
  • Bəzən cinsi əlaqəyə girməzdən əvvəl kişidə qorxu, ürək döyünmə, həyacan, kimi əlamətlər müşahidə olunur.