Xəbərlər

Erektil disfunksiya (İmpotensiya)

Cinsi əlaqə üçün lazımi qədər cinsi istəyin (həvəsin) olmaması, penisin yaxşı sərtləşməməsi və bu müddəti idarə edə bilməməsi erektil disfunksiya adlanır. Erektil disfunksiya olduğu hallarda kişi və qadını məmnun edəcək cinsi əlaqəni başlayıb və davam etdirmək üçün penis (kişi cinsiyyət orqanı) lazımı qədər sərtləşmir. Sərtləşmə problemi (impotensiya) kişinin və ya ailənin yaşam tərzini, həyat keyfiyyətini önəmli dərəcədə pozur. 

Müalicə: Müalicə səbəbə uyğun aparılır, ilk öncə impotensiyaya orqanik və ya psixoloji olması müəyyənləşdirilir. Erektil disfunksiyanın bir neçə mərhələli müalicə üsulu vardır. Dərmanlarla müalicə effekt verməzsə, o zaman iynələr və ən son mərhələ isə penis protezi əməliyyatıdır. 

Penis protezləri son və ömürlük bir müalicə üsuludur. Penis protezlərinin 2 növü vardır: birinci tip əyilib-bükülə bilən və davamlı olaraq azca sərt qalan, şişirilə bilməyən protezdir. İkinci tip isə şişirilə bilən protezlərdir. Protezdən sonra hər hansı bir müalicəyə ehtiyac qalmır, 95% cinsi funksiya normallaşır və ömür boyu güvənli şəkildə istifadə olunur. 

Falloprotez üsulunun üstün cəhətləri: 

1. Güvənli nəticə -Bu üsül erektil disfunksiyaları 95 % aradan qaldırır.
2. Ereksiyanı özünüz idarə edirsiz - digər üsullardan fərqli olaraq(dərman, iynə,vakuum) falloprotez kişilərə istədikləri hər zaman intim əlaqəyə girməyə imkan verir.
3. İmplant barədə ancaq sizin bilginiz olacaq –bu protez elə yerləşdirilir ki, özünüz bu barədə məlumat verməsəniz kimsə bunu hiss edə bilməz. 
4. Yaş məhdudiyyəti yoxdur-hər yaşda bu protezləri istifadə etmək mümkündür. İstifadəsi də çox sadə və rahatdır. 
5. Tam orqazm hissiyatı olması- Cinsi əlaqə zamanı orqazm və spermanın boşalması normal halda olur və kişi rahat boşala bilir. Kişilər həm təbii olaraq zövq alırlar, həm də spermanın boşalması əvvəlki şəkildə davam edir. 
6. Qısa müddətdə bərpa olunma -Əməliyyat 2 saat ərzində ümümi narkoz altında olunur. 4-6 həftədən sonra isə intim əlaqələr bərpa oluna bilər.

Dünyanın 20 ən güclü androloqu siyahısında yer alan, Rusiya Dövlət Seçenov adına Tibb Universitetinin professoru, müasir urologiya və andrologiyaya aid çoxsaylı dərsliklərin müəllifi, professor Səfər Həmidov Rusiyada, çoxsaylı xarici ölkələrdə, o cümlədən Azərbaycanda – AVRASİYA KLİNİKASINDA yüzlərlə falloprotez əməlliyatını uğurla həyata keçirmişdir. 

Qəbulda iştirak etmək istəyənlərdən öncədən yazılmaları xahiş olunur.