Xəbərlər

Tireotoksikoz nədir?

Tireotoksikoz – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob).

Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.

Tireotoksikozdan əziyyət çəkən xəstələrin əsas şikayətləri aşağıdakılardır:

  • Sinir sisteminin həssaslığının artması, yuxu pozulması, əsəbilik.
  • Ürək döyüntülərinin sayının artması.
  • Tərləmə, istilik hissi, yüksək temperatura qarşı dözümsüzlük.
  • Ətrafların və ya bütün bədənin titrəməsi.
  • Tezləşmiş stul və sidik ifrazı.
  • Proqressivləşən çəki azalması – arıqlama.
  • Zəiflik, tez yorulma.
  • Menstrual tsiklin pozulması.