Xəbərlər
Xroniki miqren
Miqren-xroniki baş ağrıları olub daha çox (həmişə deyil)başın bir yarımhissəsində, göz nahiyəsində, alında lokallaşır. Güclü ağrılar nəbzvari, sıxıcı xarakter daşıyır. Bəzən ürək bulanma, qusma, işıqdan qorxma, səsə və müəyyən qoxulara yüksək həssaslıqla təzahür edir. Miqren tutmaları 3-4 saatdan 3 günədək davam edir. Daha çox qadınlar (60%) xəstələnir. Çox halda irsi xarakter daşıyır.
Miqren tutmalarından əziyyət çəkən pasientlərə Botulinoterapiya proseduru tövsiyə olunur. Botulinoterapiya "Xroniki Miqren"li xəstələrə 2009-cu ildən bəri tətbiq edilir. Hal hazırda Avrasiya Klinikasında Botulinoterapiya proseduru həyata keçirilir.
Botulinoterapiyanın məqsədi:
- Baş ağrılarının intensivliyinin və sayının azaldılması.
- Qəbul edilən preparatların miqdarının azaldılması.
- Miqren əleyhinə preparatlara əks göstəriş vəya preparatın effektsizliyində seçim metodudur