Xəbərlər
Miqrendən effektiv qurtulma yolu!
Botoksun kosmetologiya sahəsində istifadəsi hamıya məlumdur. Miqrenli (xroniki baş ağrıları olan) xəstələr botoks tətbiqindən sonra əlavə müsbət effekt kimi baş ağrılarının ya tamamilə olmamasını, ya da azalmasını qeyd etmişlər. İlk dəfə ABŞ-da, daha sonralar Böyük Britaniyada kliniki araşdırmalara başlanmışdır. Xroniki miqrenli xəstələrdə botoks tətbiqi ağrı tutmalarının profilaktikasında uğurlu nətiləcələr vermişdir.
Botulotoksin necə yeridilir?
Nazik iynə ilə əzələ içərisinə yeridilir.İstifadə olunan iynə çox incə və nazikdir. Proseduradan əvvəl yerli anesteziya (ağrısızlaşdırma) gərəkmir. Preparat əzələ içərisinə keçərkən yüngül sancma hissi olur. İnyeksiya nöqtələrində kiçik qızartı müşahidə olunur və yarım saat içərisində keçib gedir. Çox nadir hallarda inyeksiya nahiyəsində göyərmə hallarına rast gəlinir, bunlar da 3-4 gün sonra keçir.
Prosedurun müddəti nə qədərdir?
20-30 dəq. çəkir.
Təsiri nə zaman başlayır?
İlk prosedurdan sonra 4 gün ərzində başlayır. 10-14 gündə tam effekt alınır.
Təsiri nə qədər davam edir?
Təsir müddəti 3 ayadəkdir. 6-7 dəfə mütəmadi və düzgün istifadədən sonra toksinə ehtiyac qalmaya bilir.
Botulotoksinə əks-göstəriş halları:
- 18 yaşına çatmamış insanlar
- Hamilələr və südverən analar
- Üz siniri paralici keçirmiş insanlar
- Əzələ xəstəlikləri olanlar
- İnfeksion xəstəliyi və ya keçici dəri xəstəliyi olanlar
- Hemofiliyalı xəstələr
Prosedurdan sonra nələrə diqqət edilməlidir:
Prosedurdan sonrakı 4-5 saat müddətində
- İsti duş alınmamalı
- yatmamalı və başı önə əyərək iş görülməməli (əzələləri hərəkət etdirmək olar)
- ağır fiziki iş görməməli
- inyeksiya nahiyyəsinə toxunmamalı və massaj edilməməli
- inyeksiya nahiyyəsinə spirtli məhlullar sürtməməli
- inyeksiyadan sonra 24 saat alkoqol qəbul edilməməli.
- Hər bir xəstəyə botulinotoksin terapiyası individual seçilir.