Xəbərlər

Tiroid haqqında bilmədikləriniz

Səhərlər oyana bilmirsinizsə, fiziki olaraq hər keçən gün tükənirsinizsə, saçlarınız tökülürsə, yuxunuz pozulursa, səbəbsiz üşüyürsünüzsə, dəriniz qurudursa, anidən kökəlir və ya arıqlayırsınızsa , hər an ürəyiniz gedəcəkmiş kimi hiss edirsinizsə, soyuqda əl və ayaq dırnaqlarınız göyərirsə SİZ DƏ TİROİD XƏSTƏSİ ola bilərsiniz.

TİROİD VƏZİN İŞİ NƏDƏN İBARƏTDİR - Qırtlaq və körpücük sümüyü arasında yerləşmiş tənəffüs borusuna dolanmış kəpənək formasında hormon ifraz edən vəzdir. Bu vəz- bədənin metabolizmasını və istiliyini tənzimləyir, bədəndəki enerji qaynaqlarının kontroluna kömək edir, bədəndəki bütün sistemlərlə bərabər çalışır, bağırsaqları daim hərəkətdə tutur, qadınlarda aybaşı dönəmini müntəzəm edir, dırnaq və saçların sağlamlığını tənzimləyir.

Tiroid vəz xəstəliklərinin əsas səbəbi olaraq genetik faktor göstərilir, amma Tiroid Xəstəlikləri hamiləlik dönəmində və sonrasında , vəzin normadan zəif və ya əksinə normadan çox çalışması formasında da ortaya çıxa bilər.Bu xəstəlikləri vaxtında müəyyən edib, doğru diaqnoz qoyulub, düzgün müalicə edilməsi vacibdir.