Xəbərlər
Pediatriya şöbəsi
Pediatriya - Tibbin böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini, müalicə və profilaktikasini öyrənən sahədir. Pediatriya sözü yunanca "paidos"–uşaq "treia"-müalicə deməkdir. Pediatriya 19-ci əsrin ortasında ortaya çıxmış nisbətən yeni bir elm sahəsidir.
Pediatriya şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:
1. Uşaqlarda fiziki-əqli inkişafdan qalma və çəki problemləri
2. Raxit
3. Spazmofiliya
4. Distrofiyalar
5. Hipovitaminozlar
6. Hipervitaminozlar
7. Diatezlər
- Həzm sistemi xəstəlikləri: qastrit, mədə və 12 barmaq bağırsaq xorası, öd yolları diskineziyaları, xolesistit, pankreatit, kolit, enterit, helmintozlar, disbakterioz.
- Tənəffüs sistemi xəstəlikləri: kəskin respirator xəstəliklər, bronxit, pnevmoniya, plevrit, bronxial astma, pollinoz və digər allergik problemlər
- Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid poliartrit, sistemli qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit
- İfrazat sistemi xəstəlikləri: qlomerulonefrit, pieolnefri, nefrotik sindrom
- Nevroloji problemlər: uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptiform paroksizmlər, baş ağrıları, somnambulizm, tiklər, enurez, sinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici
hiperaktivlik, diqqət zəifliyi sindromu.
Planli Peyvənd təqvimi:
- 4-7 gün - Hep B, BCG, OPV,
- 2 aylıqda - Hep B, OPV,GDT,Hib,PK
- 3 aylıqda - OPV,GDT,Hib,
- 4 aylıqda - OPV,GDT,Hib,PK
- 6 aylıqda - Hep B, PK
- 12 aylıqda - QPM
- 18 aylıqda - OPV, GDT
- 6 yaşında - DT, QPM