Xəbərlər

Səfər Həmidov Avrasiya Klinikasında

Dünyanın 20 ən güclü androloqu siyahısında yer alan, Rusiya Dövlət Tibb Universitetinin professoru, müasir urologiya və andrologiyaya aid çoxsaylı dərsliklərin müəllifi, dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiya və digər MDB dövlətlərində minlərlə xəstəyə şəfa verən professor Səfər Həmidov Avrasiya Klinikasında yüzlərlə Falloprotez (penis protezi) və Sidik kanalının daralmasında uretroplastika əməliyyatını böyük uğurla həyata keçirmişdir.

Falloprotez əməliyyatının üstün cəhətlərindən biridə odurki implant barədə yalnız sizin məlumatınız olur ,ereksiyanı özünüz idarə edirsiniz,ən qısa müddətdə bərpa olunur.Protezdən sonra hər hansı bir müalicəyə ehtiyac qalmır, 95% cinsi funksiya normallaşır və ömür boyu güvənli şəkildə istifadə olunur. 

Kişilərin təqribən 1 – 1,5 % – i sidik kanalında daralmadan əziyyət çəkir. Prostat vəzin adenomasından sonra sidik ifrazını çətinləşdirən ikinci ən çox yayılmış xəstəlik sidik kanalının daralmasıdır (striktura).

Bu kimi problemlərlə Avrasiya klinikamızda fəaliyyət göstərən Professor Səfər Həmidov-a müraciət edə bilərsiniz. Qəbulda iştirak etmək istəyənlər öncədən yazılmağınız xahiş olunur.