Xəbərlər

Aerofagiya

Aerofagiya - həddən ziyadə havanın udulmasını təsvir edən fenomendir. Normada yemə və ya içmə zamanı az miqdarda hava mədəyə daxil olur. Amma bu insanda heç bir narahatçılıq yaratmır. Bəzi hallarda isə mədəyə yemək zamanı və ya yeməkdən sonra həddən ziyadə hava daxil olur və narahatçılıq yaradır. Aerofagiya köp, gəyirmə, qarında ağrı kimi hallar törədə bilir.
Səbəbləri
• Tələsik yemə
• Karbonlaşmış içkilər
• Saqqız çeynəmə
• Diş protezlərinin boşalması
• Psixi xəstəliklər
Həkimə nə zaman müraciət etməli?
Köp və ya gəyirmə şikayətləri ilə həkimə müraciət edən zaman səbəbin aerofagiya olması təyin edilə bilər. Bəzi insanlarda aerofagiyanın müalicəində psixoterapiya əhəmiyyətli rol oynayır. Yemək zamanı aerofagiyadan qaçmaq üçün tələsmədən və az-az yemə tövsiyə olunur.