Xəbərlər

Allergik rinit

Sağlam olun! Bu sözləri allergiyanın hər hansı növündən əziyyət çəkən insanlar tez-tez eşidirlər, bu allergiya asqırma, zökəm, boğazda göynəmə və gözlərin yaşarması ilə özünü büruzə verir. Allergik rinit – müxtəlif kimyəvi maddələrin istifadəsinin artdığı, təmiz havanın isə tullantı qazları ilə əvəz olunduğu inkişaf etmiş sənaye ölkələrində müasir bir problemdir. Rinitin simptomları o dərəcədə qıcıqlandırıcı və yorucu ola bilir ki, işdə və ya dərsdə diqqət cəmləmək çətinləşir, buna görə də həyat keyfiyyəti pisləşir.

Allergik rinitin iki növü vardır.

  • Mövsümi allergik rinit (ot qızdırması) – simptomlar yalnız ilin müəyyən vaxtında, çox zaman yazda, bitkilərin çiçəklənmə dövründə təzahür edirlər.
  • Müəyyən mövsümiliyi olmayan allergik rinit – ilin vaxtlarından asılı olmayaraq daimi allergiya təzahürləri. Başlıca olaraq bu allergiyaya toz gənələri və heyvanların epiteli hüceyrələri səbəb olur.

Allergiya necə yaranır? Allergenlər (tənəffüs yollarını qıcıqlandıran maddələr) buruna, boğaza və gözlərə düşür və xüsusi hüceyrələri (tosqun hüceyrələri) fəallaşdırır. Bu hüceyrələr histamin – yuxarıda sadalanan simptomların yaranmasına səbəb olan maddə ifraz edirlər.

Nələr allergen ola bilərlər? Bunlar – ağacların və bitkilərin tozcuqları, toz gənələri, kif, pişiklər, itlər, atlar və ya quşlar, qida məhsulları (məsələn, süd, qoz-fındıq, pomidor, yumurta) ola bilərlər. Təəssüf ki, elə vəziyyətlər olur ki, allergiyanın əsl törədicisini aşkar etmək çox çətin olur və o, naməlum qala bilir.
Allergik rinit necə müalicə edilməlidir? Bu xəstəliyin tam müalicə olunmamasına baxmayaraq, müasir tibb elmi simptomları yüngülləşdirmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün üsullar axtarıb tapmışdır.

  • Özünə yardım et! Sağlam, balanslaşdırılmış qidalanmanın köməyi ilə özünü formada saxla, fastfud qidalardan imtina et. İdman məşğələləri, istirahət və qüvvələrin bərpası arasında müsbət balansı tap. Həkim təyin etmədiyi təqdirdə, dekongestantlardan (burun üçün damcı və aerozol) uzun müddətli istifadə etmə. Onlar əvvəlcə simptomları azaldır, lakin uzunmüddətli istifadə əks nəticəyə səbəb ola bilər.
  • Allergiya törədicisi ilə təmasdan qaçın!