Xəbərlər
Məhşur uroloq-androloq Bakıda
Tibb elmləri doktoru, N.İ.Piroqov adına Rusiya Milli Tibbi və Araşdırma Universitetinin urologiya kafedrasının professoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin mamalıq, ginekologiya, perinatologiya ve reproduktologiya kafedrasının professoru, akademik V.İ.Kulakov adına mamalıq, ginekologiya, perinatologiya Elmi Mərkəzinin andrologiya və urologiya şöbəsinin müdiri.
Səfər İsrafil oğlu Həmidov 1968-ci ildə anadan olmuşdur. 1993-cü ildə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının müalicə işi fakültəsini fərqlənmə ilə bitirmişdir. Ali məktəbi başa vurduqdan sonra kliniki rezidenturanı Rusiya Dövlət Tibb Universiteninin urologiya və operativ nefrologiya kafedrası nəzdində N.İ.Piroqov adına şəhər kliniki xəstəxanasında keçmişdir. Sonradan aspiranturanı eyni kafedrada tibb elmləri namizədi, professor Yevsey Borisoviç Mazonun rəhbərliyi altında tamamlamışdır. 1998-ci ildə “Küt perineal travma və pelvik orqanlarda radikal əməliyyatlardan sonra xəstələrdə erektil disfunksiyanın patogenezi və diaqnozu xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 2006-cı ildə “Metabolik sindromlu xəstələrdə erektil disfunksiya: epidemioloji, patogenezi, diaqnozu, müalicəsi və profilaktikası” üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
Əsas tədqiqat sahələri:
ErektiL disfunksiyanın diaqnostikası və müalicəsi, Peyroni xəstəliyinin (penisin fıbroblastik indurasiyası) müalicəsi, kişi sonsuzluğu. Elmi tədqiqatlardan əlavə urologiya, andrologiya və seksapatalogiya sahəsində praktiki işlə məşğul olur. Hazırda Rusiya Dövlət Tibb Universiteninin urologiya kafedrasının professorudur. Uroloji, androloji cərrahi texnikaya, o cümlədən kişi cinsiyyət orqanlarının plastik cərrahiyyəsinə tam olaraq hakimdir. Rusiya və Avropa Uroloqlar Birliyinin, Androloqların Beynəlxalq Birliyinin və Seksual Tibb sahəsində Beynəlxalq Birliyin üzvüdür.
Prof. Səfər Həmidov 25 İyul - 10 Avqust tarixlərində Avrasiya Klinikasında pasientlərin qəbulunu keçirəcəkdir. Qəbul ödənişi yay kampaniyası müddətində 50% endirimlə olacaqdır.
Qəbulda iştirak etmək istəyənlər öncədən yazılmağınız xahiş olunur.