Xəbərlər

Diqqət edin, günəş!

Kimlər günəş şualarına daha diqqətli olmalıdır? Kim daha çox risk altinda olur? Günəşlə necə davranmaq lazımdır? Biz bütün bunlara aid sizə bir neçə faydalı məsləhətləri diqqətinizə çatdırmaq istərdik:

  • Dərisi acıq rəngli olan və sarı saclı insanlar üçün uzun müddət günəş şüaları altında qalmaq xüsusilə risklidir. Onlarda melanin daha az istehsal olduğuna görə onların dərisi daha çox günəş yanığına məruz qalır. Onlarda qaralma prosesi çox çətin gedir, çünki dəfələrlə dəriləri yanir və bununla da dəriyə zərər yetirilir. 
  • Onlarda melanoma və digər dermatoloji onkologiyaları qazanmaq riski maksimuma çatır, ona görə də belə insanlara daha çox kölqədə olmaq və günəşin altinda qısa müddətdə olmaq məsləhətdir.
  • Süd vəzlərində müxtəlif patoloqiyalar olan qadınlar, məsələn, mastopatiyanın diffuz forması, kölgədə daha çox olmağa çalışmalıdırlar. Yüngül bir qaralma mümkündür, lakin bu zaman məsləhət görülür ki, qoruyucu tədbirlərdən istifadə etsinlər: acıq günəşdə minimal müddətdə qalmaq, tunika geyinmək və hətta kölgədə də çox qalmamaq.
  • Günəşin birbaşa şualarından uzaq olun və qəti sürətdə süd vəzlərinizi şüalandırmayin!!!
  • İnanin ki, çətir altında olsanız belə, dərinizin qaralması olacaq!!! Amma bu ölümcul olmayacaq , əksinə, incə, qoruyucu və bədəninizə fayda verəcək.
  • Düzgün qaralma faydalıdır!