Xəbərlər

"Sağalmayan xəstəlik yoxdur. Sağalmayan xəstə var". Hippokrat.
Əziz dostlar bu başlıq altında silsilə şəklində bilgilərimizi bölüşmək istəyirik.
XXI əsrdə elm çox böyuk sıçrayış etmiş bir çox sahələrdə o cümlədən tibb sahəsində çoxlu yeniliklər ixtiralara kəşflərə nail olmuşdur. Texnika, informasiya vasitələri sahəsində edilmiş yeniliklər tibbin diaqnostika sahəsində əhəmiyyətli dərəcədə inkişafina səbəb olmuşdur. Müasir elmin danilmaz üstünlüyüdür bu.
Eyni zamanda elmin bu qədər inkişaf etməsinə rəğmən xəstəliklərin sayinin artmasi, xəstələrin sayinin çoxalmasının, xəstəliklərin cavanlaşmasinin ağir xəsləliklərin onkoloji, autoimmun xəstəliklərin hər 2-3 adamdan birinə gəlib çatması nə ilə baglıdır.
Bu paradoks nə ilə izah oluna bilər.
Elmin bu qədər yüksək inkişaf etdiyi bir zamanda xroniki xəstəliklərin daha çoxalmasi , daha agirlaşmasi dünya statistikasında ölüm səbəbində dərmanla zəhərlənmənin ön cərgədə yer alması nədən xəbər verir.
Eramızdan əvvəl yaşamış müasir tibbin banisi sayılan Hippokratin belə bir aforizmi olub: "Sağalmayan xəstəlik yoxdur. Sağalmayan xəstə var".
Əziz dostlar eramızdan əvvəl elmin, texnikanın inkişaf etməmiş primitiv bir halında tibb ilə dərindən məşğul olan bir fərd bu qənaətə gəlirsə və zamanında buna nail olursa .Elmin bu qədər inkişaf etmiş bir dövründə xroniki xəstəliklərin (ÜIX, aritmiyalar, diabet, infarkt , insult ,hipertoniya , sinir sistemini xroniki xəstəlikləri, mədə-bağırsaq sisteminin xroniki xəstəlikləri, hepatitlər, ağ ciyərin xroniki xəstəlikləri , sidik ifrazat sisteminin xroniki xəstəlikləri, piylənmələr) sağalmaması bizə nədən xəbər verir.
Bir əsr yetər təcrübə etdik nəticə almadıqsa deməli nəyisə düz etmirik.
Zamani çatıb ki, paradiqma dəyişikliyi baş verməlidir. Insan yetərincə maddi materialist mūstəvidə öyrənilmişdir. Insan hüceyrəsi çox incə strukturlarına qədər öyrənilmişdir, baxmayaraq bu son deyil.
Yeni paradiqma insan tək maddi varlıq deyil. Insan maddi varlıq olmaqla bərabər qeyri maddi dəyərləri özündə ehtiva edən çox funksiyalı bir sistemdir.
Bazis olaraq bioloji bir varlıq olsa da sivilizasiyanın indiki zamanında sosial bir varlıga inteqrasiya etmişdir.
Bu günkü gündə sağalmayan sayılan xroniki xəstəliklərin səbəbini insanın az öyrənilmiş dəyərlərində axtarmaq adilmışların ən üstünüdür.
Bu üstünlük digər varlıqlardan fərqli olaraq ağılın verilməsi və iradə azadlığına sahib olması ilə bağlıdır.
Deməli insan ən mürəkkəb problemlərini yalnız ona verilmiş bu üstünlüklərlə həll edə bilər.