Xəbərlər

Kalsium
Kalsium – orqanizmin əsas tikinti materialıdır. Sağlam dişlər və sümüklər - kalsium və fosforun hesabına formalaşır. Amma bununla kalsiumun orqanizmə nə qədər önəmli olduğu bitmir:
- Antistress təsirinə malikdir
- Bədəndən ağır metal və radionuklidlərin aradan qaldırılmasına kömək edir
- Antiallerqik təsir göstərir
- Probiotikdir
- Antioksidant funksiyaları yerinə yetirir
- Qlükoza və insulin səviyyəsinə təsir göstərir
- Menstruasiya qabağı gərginlik sindromunun təzahürünü yumşaldır
İnsan bədəni həyat boyunca kalsiuma ehtiyacı var. Və müəyyən dövrlərdə bu prosesə diqqət artırılmalıdır. Bu, hamiləlik dövründə və sonrasında qadınlar üçün xüsusilə vacibdir. 1 yaşadək körpələrə, yeniyetmə periodlu uşaqlara kalsium ehtiyatı çox önəmlidir. Yetkin insanlar üçün bu yaş həddi 30 yaşadək və 50-dən sonranı əhatə edir.