Xəbərlər

Yay fəslində uşaq sağlamlığı

Amma unutmaq olmaz ki, diqqətsizlik və məlumatsızlıq üzündən bu istirahət bizim uşaqlarımızın sağlamlığına ciddi zərər verə bilər.

Bəs uşaqlarda əmələ gələn yay xəstəliklərinin səbəbləri nədir? Nə üçün bəzi xəstəliklərə yayda daha tez-tez rast gəlinir? Nə üçün uşaqların yayda xəstələnmə riski daha çox olur?

Bunun bir neçə səbəbi var.

1. Orqanizmin kəskin temperatur fərqinə məruz qalması (soyuq su , dondurma, kondisioner)
2. Uşaqlar vaxtlarının çoxunu küçədə keçirirlər (qızmar günəş altında), qumda oynayırlar və bir-biriləri ilə ünsiyyətdə olurlar.
3. Həmçinin yayda qida məhsullarının çoxunu gəzintiyə gedərkən və ya çimərliyə apararkən təmiz və təzə saxlamaq fürsəti olmur. Bu da nəticədə uşaqlarda roto və enterovirus infeksiyasının çoxalmasına səbəb olur.
4. Cimərlikdə uşaqların nəm qum və daşların üzərində oturması sidik-ifrazat yolların infeksiyasına və iltihablanmasına yol açır.
5. İsti havada günəş altında uzun zaman susuz qaldıqda uşaqlarda gün vurmalar və su itkisi qeyd edilir.

Bu problemlərdən uşaqlarımızı qorumaq üçün aşağıdakılara fikir verməliyik:

  • Uşaqlarınızı optimal temperatura alışdırmaq. Evi daim havalandırmaq. O zaman uşaqlar yelçəkər yerlərdə daha dözümlü olarlar.
  • Avtomobillərdə kondisionerlərin çalışma temperaturunu 21-22° C olaraq təyin etmək.
  • Uşaqlarla kondisionerin hava axının birbaşa altında və önündə dayanmaq olmaz.
  • Açıq hovuzlarda infeksiyanın yayılması üçün çox əlverişli şərait (rütubət, insan sıxlığı və s.) mövcud olur. Bu isə öz növbəsində roto- və enterovirusun yayılmasına səbəb ola bilər.
  • Öncədən çimərliyə hansı qida məhsullarını qötürəcəyinizə qərar verməlisiz.
  • Körpələri nəm qumun üzərində oturtmayın.
  • Özünüzə təmiz içməli su götürün (qazsız).
  • Allergik uşaqları rütubətli və tozlu yerlərdən uzaq tutun və evə gəldikdən sonra çimizdirin.
  • Son vaxtlar uşaqlarda enterovirus koksaki infeksiyası müşahidə olunur (ovuclarda və ayaqların altında suluqların əmələ gəlməsi , ağız boşluğunda stomatit müşahidə olunur).
  • Allergiyaya meylli uşaqlarda-allergik rinit, öskürək, övrə kimi hallar qeyd olunur.