Xəbərlər

Fibroskan nədir?

Fibroskan qaraciyər sərtliyini (elastikliyini) insan bədəninə hər hansı müdaxilə (biopsiya kimi) etmədən, sürətli, ağrısız, sadəcə ultrasəs dalğaları vasitəsilə ölçə bilən yüksək texnologiyalı tibbi cihazdır. 

Qaraciyər xəstəliklərinin diaqnostikasında qızıl standard hesab olunan biopsiyanın invaziv olması, çox zaman xəstəxanada yatmaq məcburiyyəti, uzunmüddətli müşahidə (4-6 saat) və nəzarət tələb etməsi, tez-tez təkrarlanmasının tövsiyə olunmaması və baş verə biləcək ciddi ağırlaşmalar kimi səbəblərdən fibroskan vasitəsilə əksər hallarda biopsiya etmədən də qaraciyərdəki fibrozu dəyərləndirmək artıq mümkündür.