Xəbərlər
Kolposkopiya nədir?
Kolposkopiya uşaqlıq boynunun xüsusi mikroskop vasitəsilə müayinəsidir. Bu zaman uşaqlıq boynu 30 dəfəyədək böyüdülür və xüsusi dərman vasitələrindən istifadə edilməklə müayinə olunur.
Kolposkopiya nə üçün lazımdır?
Kolposkop vasitəsilə uşaqlıq boynunun xərçəngönü xəstəliklərini vaxtında aşkar etmək mümkündür. Həmçinin kolposkop vasitəsilə uşaqlıq boynundan biopsiya götürmək üçün daha çox dəyişikliyə məruz qalmış nahiyəni seçmək olur.Bir çox hallarda uşaqlıq boynu xərçəngi lal keçir, yəni heç bir simptom, əlamət olmur. Uşaqlıq boynu xərçəngi invaziya verdikdə yeganə simptomu kontakt qanaxma ola bilər. Odur ki, bütün qadınlar profilaktik olaraq 3 ildə bir dəfə kolposkopiyadan keçməlidir.
Kolposkopiya müayinəsindən yararlanan xanımlarımıza Ginekoloq qəbulu ödənişsizdir.Bu fürsəti qaçırmayın!