Xəbərlər

D vitamini mübadiləsi

Uşaq orqanizminin inkişafı üçün D vitamininin rolu əvəzsizdir. Orqanizmdə kalsiumun saxlanılması və bağırsaqlardan sorulması üçün D3 vitamininin iştirakı mütləqdir. Statistik məlumatlara görə dünyada təxminən 1 milyard insanda D3 vitamininin çatışmazlığı mövcuddur. Təbii ki, bunların da böyük bir qismi uşaqlardır.

D vitamininin bioloji aktiv forması olan D3 vitamini - xolekalsiferol bioloji çevrilmə yolu ilə D2 vitamini – erqokalsiferoldan əmələ gəlir. Bu proses dəridə gedir və prosesin baş verməsi üçün günəşin ultrabənövşəyi şüalarının iştirakı vacibdir. Bu yolla tələbat tam ödənilmədiyindən qida vasitəsilə də D3 vitamininin alınması mütləqdir. Ilin soyuq fəsilləri, geyim tərzi, dərinin tünd rəngi, uşaqların yaz-yay aylarında açıq havada az olması, düzgün qidalanmama, profilaktik pediatr müayinəsinin lazımi dərəcədə olmaması və s. kimi səbəblərdən dolayı bu vitaminin avitaminozuna çox tez-tez rast gəlinir. Prosesin qarşısı alınmazsa qısa zamanda uşaqlarda Ca-P mübadiləsi pozulur və raxit adlanan ağır bir xəstəlik baş verir.