Xəbərlər
Uğurla icra edilən Uretroplastika əməliyyatı
Prof. Səfər Həmidov Uro-androloji əməliyyatlar siyahısında əməliyyatın çətinliyi və əməliyyatdan sonra deffektlərin yarana bilmə riskinin çox olması ilə fərqlənən daha bir uretroplastika əməliyyatını uğurla həyata keçirmişdir.
Əməliyyat olunmuş pasiyent uşaqlıq dövründə avtoqəza zamanı uretradan güclü zərbə almış, əməliyyat üçün müraciət etdiyi klinikalar içərisindən 5 fərqli klinikada əməliyyat olmuş və nəticə qənaətbəxş hesab olunmadığı üçün Avrasiya klinikasına müraciət etmişdir.
Pasientin keçirdiyi əməliyyatlardan sonra uretranın prostatik hissəsində deffekt yaranmışdır. Bu cür deffektlərin aradan qaldırılması urologiyanın ağır əməliyyatlarındandır və bir neçə etapdan ibarət olmağı ilə seçilir.
Pasientin problemini aradan qaldırmaq və əməliyyatı fəsadsız həyata keçirmək üçün bir neçə metod işlənib hazırlansada uc-uca anastomozun qoyulması prosesinin icrası ilə bu əməliyyat uğurla həyata keçirildi.
Prostat vəzin adenomasından sonra sidik ifrazını çətinləşdirən ikinci ən çox yayılmış xəstəlik sidik kanalının daralmasıdır (striktura).
Bu kimi problemlərlə Avrasiya Klinikamızda fəaliyyət göstərən Professor Səfər Həmidov-a müraciət edə bilərsiniz. Qəbulda iştirak etmək istəyənlər öncədən yazılmağınız xahiş olunur.