Xəbərlər

Prof. Dr. Səfər Həmidov Avrasiya Klinikasında

Tibb elmləri doktoru, N.İ.Piroqov adına Rusiya Milli Tibbi və Araşdırma Universitetinin urologiya kafedrasının professoru, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin mamalıq, ginekologiya, perinatologiya və reproduktologiya kafedrasının professoru, akademik V.İ.Kulakov adına mamalıq, ginekologiya, perinatologiya Elmi Mərkəzinin andrologiya və urologiya şöbəsinin müdiri Prof. Dr. Səfər İsrafil oğlu Həmidov 

Əsas tədqiqat sahələri:

  • Erektil disfunksiyanın diaqnostikası və müalicəsi
  • Peyroni xəstəliyinin (penisin fıbroblastik indurasiyası) müalicəsi
  • Kişi sonsuzluğu.

Elmi tədqiqatlardan əlavə urologiya, andrologiya və seksopatologiya sahəsində praktiki işlə məşğul olur.

Hazırda Rusiya Dövlət Tibb Universitetinin urologiya kafedrasının professorudur. Uroloji, androloji cərrahi texnikaya, o cümlədən kişi cinsiyyət orqanlarının plastik cərrahiyyəsinə tam olaraq hakimdir. Rusiya və Avropa Uroloqlar Birliyinin, Androloqların Beynəlxalq Birliyinin və Seksual Tibb sahəsində Beynəlxalq Birliyin üzvüdür. 

Prof. Dr. Səfər Həmidov 2-3 Noyabr tarixlərində Avrasiya Klinikasında pasiyentlərin qəbulunu keçirəcəkdir.