Xəbərlər

Allergiya
Gündəlik həyatımızda bir çox hallarda biz respirator allergiya ilə rastlaşırıq. Belə reaksiya toza, ətirlərə, bitki çiçəkləri tozcuqlarına və s. qarşı baş verir.
Respirator allergiyalar üçün, bizim bir çox hallarda soyuqdəymə adlandırdığımız əlamətlər xarakterik olur: asqırmaq, duru su şəklində ifrazat ilə müşayət olunan zökəm, öskürək, asqırmaq, burnunda qaşınma hissiyatı. Havada mövcud olan allergenlər, bundan başqa gözlərin yaşarması, gözlərdə ağrı, qızarma, şişkinlik, qaşınma kimi əlamətlərin yaranmasına da səbəb ola bilər. İnsan özündə bu əlamətləri müşahidə etdikdə, adətən, onda kəskin respirator virus infeksiyasının və ya qrip xəstəliyinin olduğunu düşünərək, bu xəstəliyin əlamətlərini aradan qaldırmaq üçün lazım olan dərman preparatlarından istifadə etməyə başlayır. Ancaq respirator infeksion xəstəliklərdən fərqli olaraq, allergiya dərmanlarla müalicəyə tabe olmur.
AVRASİYA KLİNİKASI
Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
Tel/Faks: (+99412)563 00 24,563 00 25
Mob: (+99455) 979 01 00
Email: info@avrasiya.az
Facebook: www.fb.com/avrasiya.az
Instagram: www.instagram.com/avrasiya_klinikasi