Xəbərlər

Hiperhidroz

Yay fəslinin gəlişi, istilərin düşməsi və aşırı tərləmə... 
Sağlam insanın orqanizmində tərləmə ətraf mühitin temperaturunun artması və fiziki psixoemosional gərginlik nəticəsində baş verir. Hiperhidroz isə, hərəkət aktivliyinin artması və temperaturun artması kimi fiziki faktorlardan asılı olmayan aşırı tərləmədir.
Həddindən artıq tərləmə psixoloji bir xəstəliyin əlaməti ola biləcəyi kimi, psixoloji bir xəstəliyin səbəbi də ola bilər. Hiperhidroz insanın gündəlik və ictimai fəaliyyətlərinə mənfi təsir edən bir problemdir və həyatı çətinləşdirə bilər. Tərləyən bir adam, bu vəziyyətdən narahat olduğunda, davamlı tərləyəcəyini düşünüb , bu narahatlıq içində daha çox tərləyir .
Hiperhidroz zamanı müalicəyə başlamazdan əvvəl tərləməyə gətirib çıxaran problemin nə olduğu təyin olunmalıdır. Əgər səbəb hər hansı bir xəstəlikdirsə, ilk növbədə o müalicə olunmalıdır. Əgər həddindən artıq tərləmənin səbəbi tapılmırsa, anadan gəlmə bir xüsusiyyət kimi dəyərləndirilir, və buna uyğun müalicə taktikası seçilir.


AVRASİYA KLİNİKASI
Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
Tel/Faks: (+99412)563 00 24,563 00 25
Mob: (+99455) 979 01 00
Email: info@avrasiya.az
Facebook: www.fb.com/avrasiya.az
Instagram: www.instagram.com/avrasiya_klinikasi