Xəbərlər

Yatan zaman xoruldamaq?!

Xorultu nəfəs alma prosesi zamanı havanın dar bir sahədən keçərkən yumşaq toxumaları titrətməsi nəticəsində ortaya çıxır. Kök insanlarda qalın və yağlı boyun toxuması, uşaqlarda isə iri badamcıq və burun əti xoruldamağa səbəb ola bilər. Kişilərin və kök insanların daha çox xoruldadıqları məlumdur. Bunun səbəbi yağ toxumasının qadınlarda omba bölgəsində, kişilərdə isə boyun və qarın bölgəsində daha çox toplanmasıdır.

Son illərdə aparılan araşdırmalar göstərdi ki, yuxu əsnasında tənəffüsün dayanması, ya da ani şəkildə oyanma, qandakı oksigen miqdarını azaldır. Bu isə ürək, beyin və digər orqanlara kifayət qədər oksigen getmədiyini göstərir. Orqanların oksigensiz qalması qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Belə hallar adətən yuxu rejiminin pozulmasına, yorğunluğa, halsızlığa səbəb olur, həmçinin əsəblərə də pis təsir edir.Ancaq bu problem tamamilə aradan qaldırıla bilir. Müalicə hər bir xəstənin probleminə uyğun aparılır. 

Xoruldamaqdan xilas olmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək də vacibdir:
• İdeal bədən kilosunda olmaq;
• Əzələ kütləsini artırmaq üçün idmanla məşğul olmaq;
• Yuxu vaxtına dörd saat qalmış spirtli içkidən imtina etmək;
• Yuxu vaxtından 3 saat əvvəl ağır yeməklərdən imtina etmək;
Avrasiya Klinikası
Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
Tel/Faks: (+99412) 563 00 24, 563 00 25
Mob: (+99455) 979 01 00
Email: info@avrasiya.az
Facebook: www.fb.com/avrasiya.az
Instagram: www.instagram.com/avrasiya_klinikasi
#avrasiyaklinikası