Xəbərlər

Hipertoniya

Hipertoniya – xroniki xəstəlik olub arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur. Normada sağlam adamın arterial təzyiqi (A/T) 120/80 mm.civə.sütunu olur.

Arterial təzyiqin bu göstəricidən bir qədər artıq olması, heç də hipertoniyanın olması demək deyil. Bu hal orqanizmin fərdi xüsusiyyəti də ola bilər.
Ancaq, arterial təzyiq müntəzəm olaraq 139/89 mm.civə.süt-dan artıq olarsa, bu zaman hipertoniya xəstəliyinin inkişaf etməsindən danışmaq olar.


Hipertoniya xəstəliyi – ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Bir çox hallarda insanlar hətta özlərində bu xəstəliyin inkişaf etməsindən şübhələnməyərək, bədənlərində baş verən bu dəyişiklikləri yorğunluğun, streslərin və digər səbəblərin “ayağına yazırlar”. Xüsusən də bu, cavan yaşında olanlara xarakterikdir. Çünki onların əksəriyyəti belə fikirləşir ki, hipertoniya ancaq yaşlı və yaşlı adamlarda baş verir.

Vaxtında müalicə olunmayan hipertoniya xəstəliyi insanın sağlamlığı və hətta həyatı üçün təhlükəli hesab olunur.


Avrasiya Klinikası
Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
Tel/Faks: (+99412) 563 00 24, 563 00 25
Mob: (+99455) 979 01 00
Email: info@avrasiya.az
Facebook: www.fb.com/avrasiya.az
Instagram: www.instagram.com/avrasiya_klinikasi