Xəbərlər
Alça haqqında bilmədikləriniz
Alçanın tərkibində bir çox faydalı maddələr var - orqanik turşular, pektin, A, PP, C vitaminləri, dəmir, kalsium, maqnezium, kalium, fosfor və s.
Alça C vitamini ilə olduqca zəngindir. C vitamini orqanizm üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma proseslərini ləngidir.
Alça kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.Turşularla zəngin olan alça orqanizmdə olan piyləri parçalayır, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.
Lakin bəzi xəstəliklər zamanı alçanın qəbulu əks göstəriş sayılır. Belə ki, mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi, qastrit zamanı alçanın qəbulu xəstənin vəziyyətinə mənfi təsir edə bilər.Bundan əlavə alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir edə bilər, mədədə ağırlıq, köp və s. xoşagəlməz hallara səbəb ola bilər.
Avrasiya Klinikası
Ünvan: Binəqədi rayonu, Azadlıq prospekti 189
Tel/Faks: (+99412) 563 00 24, 563 00 25
Mob: (+99455) 979 01 00
Email: info@avrasiya.az
Facebook: www.fb.com/avrasiya.az
Instagram: www.instagram.com/avrasiya_klinikasi