Xəbərlər
Maqnit-rezonans tomoqrafiyanın üstünlükləri
• İnanılmaz dərəcədə yüksək diaqnostik effektivlik,
• KT və rentgen diaqnostikadan fərqli olaraq rentgen şülanmasından istifadə olunmur, bu isə xəstənin şüalanması kimi yan təsirlərin olmamasını təmin edir,
• MRT zamanı hətta ölçüsü bir neçə millimetr olan obyektin təsvirini görmək olur, istənilən proyeksiyada təsvir əldə olunur,
• Bütün toxuma və orqanların vizualizasiyasının mümkünlüyü. MRT baş beyin və onurğa beyni, qaraciyər, mədəaltı vəzi, böyrəküstü vəzilər, kiçik çanaq orqanları və s. üzvlərin istənilən patologiyasını vaxtında aşkar etməyə imkan verir
• MRT vasitəsilə heç bir kontrast maddədən istifadə etmədən damarların və öd yollarının vizualizasiyasını almaq mümkündür
• MRXP (maqnit-rezonans pankreatoxolangioqrafiya) kontrast maddə olmadan öd yollarının və mədəaltı vəzi axarının 3 ölçülü təsviri,
• Magistral arteriyaların MR-angioqrafiyası –əlavə kontrastlaşdırma aparılmadan damarların təsviri,