Xəbərlər

Qan analizlərinin düzgün verilmə qaydaları

Qan analizi

Əksər hallarda qan acqarına götürülür. Bu o deməkdir ki, son qida qəbulundan əz azı 8 saat (idealda 12 saatdan az olmayaraq) keçməlidir. Şirə, çay, qəhvə qəbul etmək olmaz, su içmək olar.

 

Analizdən 1-2 gün əvvəl rasiondan spirtli içkilər çıxarılmalıdır. Analiz verməkdən əvvəl siqaret çəkmək, ağır fizki iş görmək, idmanla və bədən tərbiyəsi ilə məşğul olmaq olmaz. Qan analizini verməkdən əvvəl rentgen və USM, fizioterapiya, massaj prosedurlarından keçmək olmaz. Bütün bunlar analizin nəticələrinə təsir edə bilər.

 

Qanda hormonların səviyyəsini yoxlamaq üçün qan analizi səhər saatlarında acqarına verilir. Qadınlarda belə analilər menstrual dövrünün müəyyən günlərində verilir:

  • LH, FSH - menstrual dövrünün 3-5 günləri
  • Estradiol - 5-7 və ya 21-23 günlər
  • Proqesteron - 21-23 günlər
  • Prolaktin, DQA-sulfat, testosteron - 7-9 günlər

 

Bizimlə əlaqə üçün:

Telefon: (+994) 12 563 00 24, 563 00 25

Mob: (+994) 55 979 01 00